İran Səudiyyənin neft zavodunu vurub
İran “Şahed” dronu ilə Səudiyyə Ərəbistanına məxsus “Saudi Aramco” şirkətinin neft emalı zavodunu vurub.
Sosial şəbəkələrdə neft emalı zavodunun yanmasını əks etdirən kadrlar yayılıb.
Bildirilir ki, “Ras Tanura” neft emalı zavodunda dron hücumundan sonra şiddətli yanğın başlayıb və zavod fəaliyyətini dayandırıb.
Obyekt Səudiyyə Ərəbistanının strateji infrastrukturlarına daxildir və dünyanın ən böyük neft emalı müəssisələrindən biri hesab olunur.