İran rəsmisi Naxçıvana dron hücumu iddialarını təkzib edib.
“AnewZ” kanalına verdiyi açıqlamada İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi Naxçıvana dron hücumu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
O qeyd edib ki, İranın siyasəti qonşu ölkələri hədəfə almaq deyil:
“Biz qonşu ölkələri hədəf almırıq. Bu hadisə barədə isə sizdən eşidirəm. Məlumatın mənbəyini və mahiyyətini araşdırdıqdan sonra şərh verə bilərəm”.
Qaribabadi vurğulayıb ki, İran yalnız bir halda hərbi obyektləri hədəfə ala bilər:
“Əgər regionda ABŞ və ya İsrailə aid hərbi bazalar yerləşirsə və həmin bazalar İran ərazisinə hücum üçün istifadə olunursa”.
İran rəsmisi bildirib ki, belə vəziyyətdə həmin obyektlər hədəf seçilə bilər.