Yaponiya subaylar

Yaponiyanın Koçi prefekturası doğum sayının kritik səviyyədə aşağı düşməsi ilə bağlı yeni tədbirə start verib.

Hökumət 20-39 yaş arası subaylara rəsmi tanışlıq və evlilik platformalarından istifadə üçün 20 000 yen (təxminən 215 AZN) subsidiya verəcək.

Proqramın əsas şərtləri:

  • Yaş həddi: 20-39 yaş arası subaylar,
  • Subsidiya məbləği: illik 20 000 yenədək (qeydiyyat, abunə və aylıq ödənişləri əhatə edir),
  • Müddət: 2026-cı maliyyə ili (1 aprel 2026 – 31 mart 2027),
  • Yalnız rəsmi sertifikatlı və təhlükəsiz tanışlıq platformaları üçün keçərlidir.

Məqsəd sadə və birbaşa bildirilib: gənclərin tanış olmasını asanlaşdırmaq, evliliklərin sayını artırmaq və nəticədə ölkədə doğum göstəricisini yüksəltmək.

Koçi prefekturasının rəsmiləri qeyd edirlər ki, subsidiya yalnız ciddi evlilik niyyəti daşıyan platformalar üçün nəzərdə tutulub. İstifadəçilər proqramdan yararlanmaq üçün yerli hakimiyyətə müraciət etməli və xərcləri təsdiqləyən sənədlər təqdim etməlidirlər.

Niyə belə addım atılır?

Yaponiya uzun illərdir rekord aşağı doğum nisbəti ilə mübarizə aparır. Ölkədə əhali sürətlə qocalır, evlilik və uşaq sayı isə ən aşağı səviyyədədir.

Koçi prefekturası bu problemin həlli üçün yerli səviyyədə ilk belə maddi dəstək proqramını işə salıb.

Bu addım Yaponiyada son illərdə artan “evlilik ovu” trendinə dəstək məqsədi daşıyır və bir çox prefekturada oxşar təşəbbüslər gözlənilir.

Yaponiya subaylar

Leave A Reply