Almond Bakery şirkətinin dondurma reklamı
Yaranan sərt tənqidlər sonrası “Almond Bakery” şirkəti dondurma reklamını silib və üzr istəyib.
Şirkət reklamın yaratdığı narahatçılığı qəbul etdiyini, heç bir halda qadınların görünüşünü hədəf almadığını bildirib. İctimai reaksiyanı nəzərə alaraq reklamın yayımını dayandırma qərarı veriblər.
Taleh Yüzbəyovun çəkildiyi reklamda dondurmanın keyfiyyəti qadınların xarici görünüşü ilə müqayisə edilirdi.
Almond Bakery şirkətinin dondurma reklamı