Azərbaycan-Britaniya tərəfdaşlığı

Azərbaycan və Böyük Britaniya strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Sənəd noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində imzalanıb.

Bəyannamədə müdafiə, ticarət və təhsil bölmələri var. Demokratiya məsələsi sənəddə yer almayıb.

Britaniyanın 6 ay əvvəl Ermənistanla imzaladığı oxşar sənəd isə fərqlidir. Orada azad və ədalətli seçkilər, korrupsiyaya qarşı mübarizə və müstəqil media barədə ayrıca bölmə var.

Korrupsiya mövzusu Londonda Azərbaycanla bağlı yeni deyil. “Pandora sənədləri”nə görə, Əliyev ailəsi ilə bağlı şirkətlər Britaniyada təxminən 900 milyon manatlıq əmlak alıb-satıb.

Zamirə Hacıyeva isə 2024-cü ildə Londondakı evindən və qolf klubundan imtina edib. Razılaşmaya görə, satışdan gələn pulun 70 faizi Britaniya dövlətinə, 30 faizi isə ona qalır.

Sual açıq qalır: Azərbaycanla imzalanan sənəddə demokratiya və korrupsiya bölməsi niyə yoxdur və bu tərəfdaşlıqdan kim nə qazanacaq?

Ətraflı videoda:

Leave A Reply