Rusiyadan 117 Azərbaycan vətəndaşını deportasiya etdi

Rusiyadan 117 nəfər deport edilib. Rusiyanın Sverdlovsk bölgə məhkəməsi keçən il 4200-dən çox “qanunsuz miqrantı” ölkəsinə göndərib. Onların içərisində 117 Azərbaycan vətəndaşı da var.  Digərləri isə Tacikistan, Özbəkistan və Qırğızıstan vətəndaşlarıdır. Deportasiya qərarına əlavə olaraq, məhkəmə onların hər birini cərimələyib.