HamamTimes 15 ildir yazır, pozur, sevilir, söyülür.

15 ildir HamamTimes adının yüngüllüyünün çiynimizə qoyduğu ağır yüklə yaşayıb yaratmağa çalışırıq.

Azərbaycanda satira ilə məşğul olmaq könüllü intihar yoludur. Əlimiz də dinc durmur. Amma yol da nə yoldur!

Hələ 12-ci əsrdə Xəqani ilə başlayan satira ənənəmiz “Molla Nəsrəddin”lərə qədər uzanıb, “Monitor” jurnalıyla isə zirvələrə çatıb.

Bu torpaqlarda nə misralar yazılıb, nə karikaturalar çəkilib, nə məqalələr çap edilib!

Ölkəmizin ən qaranlıq vaxtlarında da kimlərsə çıxıb, hegemonları lağa qoyub, barmağına dolayıb, biabır edib.

HamamTimes da 15 ildir bu parlaq, lakin çətin yolda addımlamağa çalışır. Hələ azı bir 15 il də buralardayıq.

Bizimlə qalın! Təmiz qalın!

HamamTimes 15 ildir yazır

Leave A Reply