Rusiya-Azərbaycan gərginliyi

Azərbaycanın Moskvadakı diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan Azərbaycana deportasiya edilib.

Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv edilib. Bəxtiyar Həsənov bu ilin iyun ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilmişdi.

Axşam saatlarına yaxın isə Azərbaycan Baş Prokurorluğu məlumat yayaraq, üç Rusiya vətəndaşının beynəlxalq axtarışa verildiyini bildirib.

Axtarışa verilən şəxslər bunlardır:

  • “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç
  • Siyasi məsləhətçi və media eksperti Uralov Semyon Sergeyeviç
  • Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç.

Axtarışa verilən şəxslər Azərbaycana qarşı zorakılıq, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün pozulması və milli nifrət çağırışları etməkdə şübhəli bilinirlər.

Rusiya-Azərbaycan gərginliyi

Leave A Reply