Türkiyənin qadın voleybol millisi 2026-cı il Avropa çempionatının qalibi olub.
“Filenin Sultanları” adı ilə tanınan komanda İstanbulun Sinan Erdem İdman Salonunda keçirilən finalda İtaliya millisini 3:2 hesabı ilə məğlub edib.
İtaliya birinci və üçüncü setlərdə 25:16 və 25:12 hesabları ilə qalib gəlsə də, Türkiyə ikinci və dördüncü setləri 25:22 və 25:21 hesabları ilə qazanaraq oyunu tay-brekə daşıyıb. Həlledici setdə 15:10 hesablı qələbə Türkiyəyə çempionluq gətirib.
Beləliklə, Türkiyə 2023-cü ildən sonra titulunu qoruyaraq ardıcıl ikinci, tarixində isə ikinci dəfə Avropa çempionu olub. Komanda həmçinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Türkiyə millisi turnirin 1/8 final mərhələsində Azərbaycan yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.