Rusiya
Moskvanın Zamoskvoretski məhkəməsi noyabrın 5-də jurnalist Janna Nemtsovaya qiyabi 4 il həbs cəzası verib. Bu barədə “Mediazona” yazır. Məhkəmə ona 8 il internet resurslarını idarə etməyi də qadağan edib. Prokuror 5 il həbs və 9 il qadağa istəmişdi, məhkəmənin təyin etdiyi vəkil isə bəraət tələb etmişdi.
Nemtsova atasının adını daşıyan fonda rəhbərlik etməkdə ittiham olunub. Fond 2015-ci ildə, Boris Nemtsovun Moskvanın mərkəzində güllələnərək öldürülməsindən sonra yaradılıb, Almaniyada yerləşir. Rusiya onu 2024-cü ildə “arzuolunmaz təşkilat” elan edib.
Janna Nemtsova atasının qətlindən sonra Rusiyanı tərk edib. Bu il onun barəsində “arzuolunmaz təşkilatın fəaliyyətini təşkil etmək” maddəsi ilə cinayət işi açılıb, qiyabi həbs qərarı çıxarılıb və barəsində beynəlxalq axtarış elan olunub.


