Rusiya zavodlarına zərbə
Ukrayna oktyabrın sonunda Rusiyanın neft emalı zavodlarına müntəzəm zərbələri bərpa edib. “Reuters” agentliyinin sənaye sahəsindəki iki mənbəyə istinadla yazdığına görə, hücumlar ölkənin neft emalı gücünün təxminən 30 faizini təşkil edən müəssisələrə təsir edib. Zərbələr Donald Trampın elan etdiyi enerji atəşkəsinin pozulmasından sonra yenidən başlayıb.
Son bir həftədə zərbələr 35 iri Rusiya zavodundan doqquzunun, o cümlədən Ryazan və Yaroslavl zavodlarının işini pozub. Agentliyin yazdığına görə, Rusiya gündə 930 min ton neft emal edə bilər, amma oktyabrın sonunda zavodlar cəmi təxminən 700 min ton emal edib.
Zərbələr daxili bazarda yanacaq qıtlığını dərinləşdirir, çünki Rusiya eyni zamanda Tramp ilə ixrac razılaşması çərçivəsində xaricə dizel göndərir. Meduza-nın yazdığına görə, ABŞ-yə yola salınan Rusiya dizeli ilə yüklü tankerlər çox güman ki, alıcı tapmayıb: keçən həftə “Talisman” və “Leruo” gəmiləri, noyabrın 10-da isə “Aqioi Fanendes” kursunu dəyişib.


