Vəkilə 15 il tələbi

Kalininqradda prokurorluq siyasi işlərdə təqsirləndirilənləri müdafiə edən 65 yaşlı vəkil Mariya Bontsler üçün 15 il həbs cəzası tələb edib. “Slovo zaşite” layihəsi bunu təcridxanada Bontslerə baş çəkən vəkil İlya Sidorova istinadla yayıb. Ona azadlığın məhdudlaşdırılması və 10 min rubl cərimə də istənilir. Bontslerin noyabrın 11-də məhkəmədə son sözlə çıxış edəcəyi gözlənilir.

Vəkil 2025-ci ilin mayında saxlanılıb və o vaxtdan həbsdədir. İş əvvəlcə xarici dövlətlə məxfi əməkdaşlıq maddəsi ilə aparılıb, sonra 20 ilədək həbs nəzərdə tutan dövlətə xəyanət maddəsinə dəyişdirilib.

Meduza-nın yazdığına görə, istintaq iddia edir ki, Bontsler 2024-cü ildə “qeyri-dost dövlətlə əməkdaşlıq edənlərə” qarşı işləri araşdıran hüquq-mühafizə əməkdaşları barədə məlumat toplamalı idi və vəkil fəaliyyəti sayəsində əldə etdiyi cinayət işləri barədə məlumatları həmin dövlətin xidmət orqanlarına ötürüb.

“OVD-İnfo” hüquq müdafiə layihəsinin məlumatına görə, Bontslerdə ürəyi zədələyən hipertoniya xəstəliyi var və onun insult riski yüksəkdir. Müdafiə tərəfi 2026-cı ilin iyununda onun təcridxanada dərmanların uyğunsuzluğu üzündən az qala öldüyünü bildirmişdi.

Leave A Reply