Üç illik həbsin xatirələri

Şair İbrahim Xudayi “HamamTimes”a verdiyi müsahibədə həbsdə keçən üç ilindən danışıb. O, polis çağırışlarından həbsinə qədər olan dövrü, Kürdəxanı istintaq təcridxanasında, Maştağadakı psixiatriya xəstəxanasında və Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsində gördüklərini təsvir edir.

Xudayi müsahibədə cəzaçəkmə müəssisəsində divar qəzeti çıxarmaq cəhdindən və nəzarətçiyə yazdığı şeirdən danışır. O, həbsin ilk altı ayını, cəzasının bitməsinə beş ay qalmış atasının ölümünü və üç il ərzində saxlandığı yerləri xatırlayır. Şair həbsxanadan görünən Azərbaycan barədə də fikirlərini bölüşür.

Xudayi azadlığa çıxandan sonra niyə yataqxanaya qayıtmadığını da izah edir. Söhbətin bir hissəsi onun həbsdə yazdığı şeirlərə və mahnılara, həbsdən sonra yaradıcılığında başlayan “üçüncü mərhələyə” həsr olunub.

Müsahibənin sonunda şair həbsdə yazdığı “Gül ürək, gül” qəzəlini oxuyur. Videonun başlığı da Xudayinin sözlərindən götürülüb: “Haqqını vermədiyin nemət həbsxanadır”.

Bu ilin noyabrında Maştağadakı psixiatriya xəstəxanasından xəstələrin görüntüləri yayılmışdı, Səhiyyə Nazirliyi isə videoların köhnə olduğunu bildirmişdi.

Təxminən 40 dəqiqəlik müsahibəni aşağıdakı videoda izləyə bilərsiniz.

Leave A Reply