İspaniyanın şimali Afrikada yerləşən Seuta anklavında görünməmiş miqrasiya axını qeyd edilib.

Sosial şəbəkələrdə və mediada yayılan görüntülərdə son sutka ərzində Mərakeş tərəfdən yüzlərlə miqrantın çimərliklər və sərhəd çəpərləri vasitəsilə anklava daxil olduğu görünür.

Sərhəd zolağında və dənizdə ən azı 34 nəfərin öldüyü təsdiqlənib. Ölənlərin bir qismi dənizdə boğulub, bir hissəsi isə sıxlıq və basabas zamanı həyatını itirib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sözügedən miqrant axını barədə deyib ki, heç kimin qanunsuz Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik.

İtaliya Baş naziri Corcia Meloni rəsmi Romanın İspaniya ilə Şengen razılaşmasının sərbəst hərəkət barədə olan hissəsini dayandırıb.

Finlandiya hökuməti də İtaliyanın mövqeyinə qoşularaq, İspaniyanı Şengendən ixrac edilməsinə çağırış edən bəyanat yayıb. O, Avropa ölkələrini İtaliya Baş naziri Corcio Meloninin təşəbbüsünü dəstəkləməyə çağırıb və qeyd edib ki, sərhəd təhlükəsizliyi öhdəliklərini yerinə yetirməyən ölkələr Şengen zonasının üzvü olaraq qala bilməzlər.

Afrikada yerləşən Seuta anklavında

Leave A Reply