“Xaricdə çayxanalar yoxdur, dostlarınla qəlyan çəkə bilməyəcəksən”
Milli komandanın sabiq futbolçusu, Azərbaycan və Kosovo çempionu, 7 ölkədə oynamış Amit Quluzadə deyib ki, Azərbaycan mentaliteti böyük futbolçu olmağa imkan vermir.

O bildirib ki, bizimkilər tək yaşamağı bacarmır:

“Bizim elə adət-ənənələrimiz var ki, onlar insana çərçivədən çıxmağa imkan vermir. Azərbaycanda yetişən futbolçu xaricdə mütləq çətinlik çəkəcək, çünki bizimkilər tək qalmağı bacarmır. Məsələn, tək yaşayanda necə davranmalı olduğunu, necə yaşamalı olduqlarını bilmirlər”.

“Əgər xarici ölkəyə gedibsənsə, müəyyən vaxtdan sonra onlar kimi yaşamağı bacarmalısan, adaptasiya olmalısan. Artıq orada çayxana olmayacaq, dostlarınla qəlyan çəkə bilməyəcəksən. Bakıda elədiyin sərbəstlikləri artıq orda edə bilməyəcəksən, daha professional yaşamalısan”, – deyə o bildirib.

Leave A Reply