Avstraliyada nəqliyyat naziri istefa verib.
Buna səbəb isə nəqliyyat naziri Co Heylenin Avstraliyada həftəsonu nahar üçün şirkət avtomobili və sürücüsündən istifadəsi olub.
Səyahət qeydləri göstərir ki, səfər yanvarın 25-i saat 08:00-da başlayıb, 20:50-də başa çatıb və “iş günü işgüzar səfər” kimi qeydə alınıb.
Nazir şəxsi səyahət üçün bir şirkət avtomobilindən istifadə etdiyini və sürücüsünü 13 saatda 446 kilometr sürməyə məcbur etdiyini etiraf edib və ötən gün keçirdiyi mətbuat konfransında istefa verdiyini açıqlayıb.

“Mən səhv etdim, heç kim ideal deyil. Mən qaydaları pozmadım, amma etiraf edirəm ki, bu, yeganə sınaq deyil. Xalqı məyus etdim və çox təəssüf edirəm”, – nazir bildirib.
Bundan əlavə, Heylen 759 dollarlıq səyahət xərclərini də ödəyəcək.