Elm və təhsil naziri Emin Əmrullayev məlumat verib ki, Azərbaycanda 9 334 müəllim imtahandan keçə bilmədiyi üçün işdən çıxarılıb.

Nazirin sözlərinə görə, 2022-ci ildə başlayan sertifikatlaşdırma prosesi üzrə ümumi statistika belədir:

  • 9 334 müəllim uğursuz nəticə göstərib və işdən çıxarılıb;
  • 7 947 müəllim 60 yaşını tamamlayaraq əmək fəaliyyətini başa vurub;
  • 52 194 müəllim 30-50 bal toplayaraq qənaətbəxş nəticə göstərib;
  • 25 508 müəllim isə 51 və daha yuxarı bal toplayaraq yüksək nəticə göstərib.

Nazir çıxışında məktəblərdə aparılan monitorinqlərin nəticələrinə də toxunub. Onun sözlərinə görə, 4 və 5-ci siniflər üzrə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına belə cavab vermir.

Leave A Reply