Diri həşərat idxalı
Rəsmi statistikaya görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana 85 milyon 901 min 650 diri həşərat idxal edilib. Onların ümumi gömrük dəyəri 242 min 400 manatdır.
Həşəratlar beş ölkədən gətirilib. Ən çox həşərat Rusiyadan alınıb: oradan 84 milyondan çox həşərat gətirilib və onların hər biri bir qəpikdən də ucuz başa gəlib. Siyahıda Mərakeş, Belçika və Türkiyə də var.
Ən bahalı “qonaqlar” isə Niderlanddan gəlib. Bu ölkədən cəmi 30 həşərat alınıb, onların ümumi gömrük dəyəri 22 min 700 manatdır. Məbləği həşərat sayına böləndə hər birinə 757 manat xərcləndiyi görünür.
Hansı həşəratların gətirildiyi və onların nə üçün alındığı barədə rəsmi məlumat yoxdur.