Donald Tramp deyib ki, Səudiyyə Ərəbistanındakı danışıqlardan sonra Rusiya ilə razılı əldə edəcəyinə daha çox inanır.

O, danışıqlar masasına Ukraynanın çağırılmaması barədə suala cavab verməkdən yayınıb:
“Düşünürəm ki, bu müharibəni bitirmək gücüm var və düşünürəm ki, hər şey çox yaxşı gedir. Amma bu gün eşitdim ki, “eh, amma bizi dəvət etməyiblər“. Yaxşı, siz üç ildir oradasınız. Buna son verməli idiniz…
Bu mühariyə heç başlamamalıydınız. Razılıq əldə edə bilərdiniz. Mən Ukrayna üçün anlaşma təşkil edə bilərdim”.
Ukraynanı tənqid edən Tramp Rusiya ilə görüş haqda isə pozitiv danışıb:
“Çox yaxşı idilər. Rusiya nəsə etmək istəyir, vəhşi barbarlığı dayandırmaq istəyir”.
ABŞ prezidenti Rusiyanın Ukraynada seçki keçirilməsi tələbini də anlayışla qarşıladığını bildirib.