Ermənistanın birinci xanımı Anna Hakopyan Ermənistanda məişət zorakılığını cinayət hesab edən qanunun qəbul edilməsini təklif edir.
“Fiziki və psixoloji zorakılıq, iqtisadi istismar, fiziki xəsarət, cinsi zorakılığa görə məsuliyyət nəzərdə tutan ayrıca maddələr müəyyən edilməlidir”.
Hakopyan qeyd edib ki, “zorakılığı gizlədən ənənəvi erməni ailə modelini zorakılıqdan azad, sevgi və hörmətə əsaslanan ailə ilə əvəz etmək lazımdır”.