12 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Hacı Taleh Bağırzadə ölümlə təhdid olunduğunu deyir.
İlahiyyatçı həmçinin bir neçə inanclı şəxsin də həbsxanada işgəncəyə məruz qaldığını bildirib.
Hər şey mayın 8-də cəzaçəkmə müəssisəsində suyun olmamağına etiraz etməklə başlayıb.
Taleh Bağırzadə şikayətini rəhbərliyə bildirərkən onu qapıda gözləyən 4 nəfər inanclı şəxs karsa salınaraq, işgəncə görüb.
Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə deyir ki, ilahiyyatçı daha öncə də ölüm təhdidləri alıb. Onu həbsxanada təcrid vəziyyətində saxlamaq istəyirlər.