İlham Əliyev yenidən prezidentliyə namizədliyini verib
Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkilərinə Yeni Azərbaycan Partiyası (YAP) öz namizədini “irəli sürüb”. YAP-ın prezidentliyə namizədi İlham Əliyev olacaq.
Hazırki seçki öncəki vəziyyət jurnalistlərin və siyasətçilərin həbsi, polislərin fəalları tutması ilə müşahidə olunur. Son 1 ayda 10-dan çox tanınmış jurnalist və ya siyasətçi həbs edilib.
Beynəlxalq təşkilatlar hesabatlarında Azərbaycanda seçkinin rəqabətsiz keçirilidiyini, seçki prosesinin sistemli şəkildə pozulduğunu qeyd edir.
Fevralın 7-də keçirilən seçkilərin əvvəlkilərdən fərqli olmayacağı gözlənilir.
Foto: Hamam Times