Kənan Aşurov, həm Aprel döyüşləri, həm də 2-ci Qarabağ döyüşlərinin iştirakçısı idi.
Döyüşdə göstərdiyi qəhrəmanlığa görə, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdu.
28 yaşlı Kənan Aşurov ailəli idi, 1 qız övladının atası idi.