Məhbus qadın: “Bizə şirniyyat bişirtdirib, “Azcake” mağazalarında satışa çıxarırlar”

Bakının 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkumun “Abzas Media”ya bildirdiyinə görə, müəssisədə ciddi əmək istismarı halları var.

Məhbusun sözlərinə görə, həm Penitensiar Xidmətdə, həm də sistemdən kənarda məhbus qadınların əməyinin istismarından pul qazananlar var.

“Bizə şirniyyat bişirtdirib, “Azcake” mağazalarında satışa çıxarırlar. Bu işi hansısa müqavilə əsasında görmürük və buna görə əməkhaqqı almırıq”, – deyə o bildirib.

Leave A Reply