Ermənistan-Azərbaycan

Ermənistan Baş nazirinin aparat rəhbəri Lilit Makunts parlamentin daimi komitələrinin birgə iclasında deyib ki, sülh prosesi məntiqi çərçivəsində saziş imzalandıqdan sonra “iddiaların qarşılıqlı şəkildə geri götürülməsinə dair qərar qəbul edilə bilər”. Bu, qəti söz deyil: Makunts qərarın qəbul edilə biləcəyini deyib.

Söhbət iki ölkənin bir-birinə qarşı beynəlxalq instansiyalardakı dövlətlərarası işlərindən gedir. Razılaşdırılmış saziş mətnində tərəflərin bu işləri saziş qüvvəyə mindikdən sonra bir ay ərzində geri götürməsi, dayandırması və ya başqa yolla həll etməsi nəzərdə tutulub.

Saziş hələ imzalanmayıb. Bakı imza üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürür. Rəsmi Bakı Makuntsun sözlərinə hələlik cavab verməyib.

Leave A Reply