Polşada daimi ABŞ bazası
Polşanın baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosiniak-Kamış noyabrın 10-da Vaşinqtonda Pentaqon rəhbəri Pit Heqsetlə danışıqlardan sonra bildirib ki, Polşada ABŞ hərbçilərinin daimi yerləşəcəyi baza üçün Pentaqondan “yaşıl işıq” alınıb. “İnterfaks”ın Polşa Müdafiə Nazirliyinə istinadla yaydığı məlumata görə, nazir son qərarın dekabrın əvvəlində Ağ Ev tərəfindən veriləcəyini deyib.
Kosiniak-Kamışın sözlərinə görə, tərəflər həmin gün müdafiə sənayesi, işləmələr və birgə təşəbbüslər üzrə qarşılıqlı əməkdaşlıq sazişi imzalayıb. Polşa Polşa-Amerika şirkətlərinin istehsal etdiyi Amerika silahlarının Avropa İttifaqının vəsaiti hesabına ödənilə bilməsini istəyir. Nazir bu təklifi gələn həftə Aİ müdafiə nazirlərinin görüşündə təqdim edəcəyini bildirib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Polşada Amerika hərbi bazası tikilməsi ehtimalını nəzərdən keçirdiyini demişdi. Kosiniak-Kamış Varşavanın bazanın tikintisini maliyyələşdirməyə hazır olduğunu bildirmiş, Amerika tərəfinə ölkənin qərbində dörd mümkün ərazi təklif olunmuşdu. Polşa Rusiya ilə həmsərhəd NATO ölkələrindən biridir və Ukraynaya dəstəkdə əsas tranzit ölkəsi sayılır.


