Azərbaycan millisinin və Taylandın “Buriram Yunayted” klubunun futbolçusu Ramil Şeydayev maraqlı paylaşıb edib.

Foto: Hamam Times

Təcrübəli forvard dünən Asiya Çempionlar Liqasında onun üzərinə hücum edən Çinin “Zhejiang” klubuna səslənib:

“Mən hələ də burdayam, Zhejiang. Sadəcə ünvanı göndər”.

Qeyd edək ki, dünən Asiya Çempionlar Liqasında “Zheijang” (Çin) – “Buriram United” (Tayland) matçından sonra kütləvi dava düşüb.

Tayland təmsilçisinin üzvü olan Ramil Şeydayev də davanın mərkəzində yer alıb. Onun rəqib futbolçu ilə əlbəyaxa mübahisəsi zamanı çinli futbolçular Ramilə hücum çəkiblər.

Leave A Reply