“Partlayış 3 ballıq zəlzələyə səbəb olub.”
Ukraynanın dron hücumu Rusiyanın Tver bölgəsində böyük yanğına və bir ərazinin qismən təxliyyəsinə səbəb olub.
Foto: Hamam Times
Hücum Toropets qəsəbəsində baş verib.
Ukrayna tərəfi deyir ki, dronlar Rusiyada raket və artilleriyanın saxlanıldığı silah anbarını dağıdıb.
Nəticədə baş verən partlayışlar bölgədə zəlzələ effektinə səbəb olub.
İlkin məlumatlara görə, hücum nəticəsində 20 nəfər yaralanıb, 7 mindən çox yerli sakin şəhərdən çıxarılıb.