“Sehrli xalat” filminin baş rol ifaçısı Azər Qurbanov vəfat edib.
Bu barədə əməkdar mədəniyyət işçisi Yusif Şeyxov məlumat verib.
O bildirib ki, aktyor ağır xəstəlikdən sonra ABŞ-da dünyasını dəyişib.
Azər Qurbanov 7 yaşında “Bir məhəllədən iki nəfər” (1957) filmi ilə debüt edib. Daha sonra “Sehrli xalat” (1964), “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967) və ilk sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb.