
Tanınmış amerikalı reper Snoop Dogg-un Ermənistanın Müstəqillik Günü münasibətilə sentyabrın 23-də baş tutmalı olan konsertinin təxirə salındığı bildirilir.
Konsertin təşkil edən şirkət deyib ki, yaxın saatlarda ictimaiyyətə yeni açıqlama verəcəklər.
Ermənilər deyirlər ki, Qarabağda vəziyyətin gərgin olduğu ərəfədə heç bir konsertə ehtiyac yoxdur.
Yerli mətbuat yazır ki, Nikol Paşinyan hökuməti konsertin təşkili üçün 6 milyon dollar pul xərcləyib.