SOCAR İtaliya millilərinə sponsorluq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2027-ci il yanvarın 1-dən İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının “Baş Qlobal Enerji Sponsoru” olacaq.
Dördillik tərəfdaşlığın maliyyə şərtləri tərəflərin rəsmi açıqlamalarında göstərilməyib.
Strateji əməkdaşlıq müqaviləsi sentyabrın 26-da İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanıb. Sənədi SOCAR prezidenti Rövşən Nəcəf və İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo imzalayıblar.
Müqavilə 2030-cu il dekabrın 31-dək qüvvədə olacaq. Tərəfdaşlığın əlavə iki il – 2032-ci ilədək uzadılması imkanı da nəzərdə tutulur.
SOCAR bu razılaşmanı İtaliyadakı mövqeyini gücləndirmək və ölkə futbolunun inkişafını dəstəkləmək istiqamətində addım kimi təqdim edir. İtaliya Futbol Federasiyası isə tərəfdaşlığın qurumun beynəlxalq mövqeyini möhkəmləndirəcəyini bildirir.
Bununla belə, açıqlamalarda SOCAR-ın sponsorluğa nə qədər vəsait ayıracağı, ödənişlərin illər üzrə bölgüsü və müqavilənin uzadılması üçün konkret meyarlar barədə məlumat verilmir.
SOCAR İtaliya millilərinə sponsorluq