10 qəpikdən domino oynadılar, 3 min manat cərimələndilər.
Hadisə Ağdaş rayonunun Yuxarı Ləki kəndində baş verib.
Polis çayxanada 10 qəpikdən domino oynayan şəxsləri saxlayıb.
Məlumata görə, kənd sakinləri – C.G, M.N və D.V pulla domino oynayıblar.
Məhkəmədə onların polis əməkdaşlarını görəndə pulları masanın üzərindən götürüb gizlətdikləri bildirilib. Polis əməkdaşının “niyə qumar oynayırsınız?” sualına cavab olaraq şəxslərdən biri 10 qəpiyə oyun oynadıqlarını bildirib.
Məhkəmənin qərarı ilə hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib və 3 min manat cərimə ediliblər.