Türkiyə-Azərbaycan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm Koreyaya səfərə gedərkən, həm də səfərdən dönərkən təyyarədən Azərbaycana mesaj göndərib. Mesaj Türkiyə təyyarəsi Azərbaycanın hava məkanına daxil olanda səsləndirilib.
Təyyarənin pilotu dispetçerlə əlaqə saxlayıb və Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına ünvanladığı mesajı çatdırıb. Ərdoğan xalqa əmin-amanlıq və firavanlıq, Əliyevə isə cansağlığı və xoşbəxtlik arzulayıb.
Azərbaycan tərəfinin bu mesajlara cavabı açıq mənbələrdə dərc olunmayıb.


