ABŞ-İran gərginliyi

ABŞ prezidenti Donald Tramp noyabrın 3-də “Fox & Friends” verilişinə telefonla deyib ki, seçkidən sonra İrana qarşı nə olacağını zaman göstərəcək: “Görərik. Mən, bilirsiniz, çoxlu adam öldürmək istəmirəm, amma lazım olsa, lazımdır. Amma bunu etmək istəmirəm. Və indi çox güclüyük”.

Tramp bir gecə əvvəl Qeşm adasına zərbəni də təsdiqləyib: “Onların təyyarələri yoxdur. Hava hücumundan müdafiə sistemləri yoxdur. Dünən gecə bəzilərini vurduq. Sadəcə kiçik bir hücumdur. Müharibə deyildi”. O deyib ki, İran hava hücumundan müdafiə obyektini təxminən iki aya qurub: “Tamamlanan kimi dünən gecə çox gözəl vurduq”.

Bu izah əvvəlki açıqlamadan fərqlənir: ABŞ rəsmiləri zərbəni ABŞ təyyarəsinə açılan atəşə “müdafiə məqsədli” cavab kimi təqdim etmişdilər. Tramp eyni müsahibədə “bunu müharibə adlandırmaq olarmı, bilmirəm, çünki aylardır döyüşmürük” də deyib. Müharibə fevralda ABŞ və İsrailin İrana hücumu ilə başlayıb.

Tehrandan parlament sədri və baş danışıqçı Məhəmməd Baqir Qalibaf “İran döyüşə hazırdır, barmağı tətikdədir” deyib. Prezident Məsud Pezeşkian isə müharibəyə qayıdışın heç kimə xeyir verməyəcəyini, hökumətin diplomatik həll axtardığını bildirib.

Seçkidə respublikaçılar uduzandan sonra Tramp “Financial Times”a deyib ki, ABŞ yaxın vaxtlarda İrana zərbə endirməyi planlaşdırmır, amma lazım olsa, buna hazırdır.

Foto: Ağ Ev, arxiv, Wikimedia Commons.

Leave A Reply