ABŞ, ara seçkilər
Demokratlar Partiyasının namizədi Əbdül el-Səid Miçiqan ştatından Senata seçkilərdə Respublikaçılar Partiyasının namizədi Mayk Rocersi məğlub edib. Bununla da o, ABŞ tarixində senator olan ilk müsəlman olub.
El-Səid respublikaçıları onun adını və dini inanclarını hədəfə alaraq cəmiyyətdə parçalanma yaratmağa çalışmaqda ittiham edib: “Hamımız bilirik ki, mənim adım və dinim sizin benzinin pulunu ödəyə bilməməyinizin, ərzaq ala bilməməyinizin və həkimə müraciət etmək imkanınızın olmamasının səbəbi deyil”.
Demokrat namizəd daha əvvəl İsrailin Qəzzada apardığı müharibəyə və İranla müharibəyə qarşı olduğunu bildirib.


