😯 ❌ ✈️ “Telegram” qurucusu Pavel Durovun Fransada saxlanmasına gələn reaksiyalar

🇫🇷 Fransanın TF1 kanalı yazır ki, Pavel Durovun həbs cəzası alacağı təqdirdə teleqramın fəaliyyəti dayandırıla bilər.

🇷🇺 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyir ki, görəsən qərb QHT-ləri Fransa rəsmilərindən Pavel Durovun azad edilməsi haqda nəsə soruşacaqlarmı?

🇺🇸 Elon Musk öz X platformasında Pavel Durovla bağlı paylaşıb edərək, ona azadlıq tələb edib.

✏️ Forbes yazır ki, milyarder Pavel Durov 2014-cü ildə satdığı VKontakte sosial media platformasında hökumətin müxalifət icmalarını bağlamaq tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra Rusiyanı tərk edib.

🔫 Telegram əsas Rusiya, Ukrayna və keçmiş Sovet İttifaqı respublikalarında aktiv olaraq istifadə edilir . Platforma, həm Moskva, həm də Kiyev rəsmiləri tərəfindən müharibə ilə bağlı çoxlu məlumat mənbəyinə çevrilib. Bəzi analitiklər proqramı müharibə üçün “virtual döyüş meydanı” adlandırırlar.

Foto: Hamam Times

Leave A Reply