Bu gün COP29-da iştirak edən dünya liderləri “ailə şəkli” çəkdiriblər.
Bu görüntü keçən il COP28-də çəkilmiş şəkillə müqayisədə daha seyrək mənzərə yaradıb.
BMT bu konfransda iştirak edənlərin müvəqqəti sayının 66,778 nəfər olduğunu açıqlayıb. Bura hökumət başçılarından tutmuş təhlükəsizlik işçilərinə, jurnalistlərə qədər hər kəs daxildir.
Bu rəqəm keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən konfransda iştirak edən 83,884 nəfərdən əhəmiyyətli dərəcədə aşağıdır.