“Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), əməkdaşları Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və müstəqil jurnalist Ramin Dekonun Bakı Şəhər Baş Polis İdarəsində saxlanıldığı bildirilir. 

Bu barədə Meydan Tv məlumat yayıb:

“Jurnalistlərin müstəntiqləri ilə əlaqə saxladıq, artıq dindirmə aparılır. Jurnalistlərin evlərində axtarış aparılıb”.

Müstəqil jurnalist Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanıldığı bildirilir.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edir. Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

Leave A Reply