Niyə belə edirlər?
Dünən Qarabağ klubu Avropa Liqası çərçivəsində S.Buxarest komandası ilə qarşılaşıb.
Oyunun başlanğıcında 6 gün öncə vəfat edən Azərsun şirkətinin və Qarabağın sahibi Abdulbari Gözəl üçün bir dəqiqəlik sükut olub.

Maraqlıdır ki, klublarımız ölkə əhəmiyyətli, sosial mövzularda həssaslıq göstərmirlər.
Nə təyyarəmiz vurulanda, nə İmişlidəki qəzada belə addımlar atılmır, ən yaxşı halda sosial media paylaşımı edilir. Bəzən heç əsgərlərimiz öləndə də yada salınmırlar.
Məsələn, Türkiyədə ölkə əhəmiyyətli bütün mövzularda futbol klubları fəallıq göstərir, hətta azarkeşlərlə birlikdə dəstək aksiyaları keçirirlər.
Sizcə, Azərbaycanda bu vəziyyətin düzəlməsi üçün nə edilməlidir?