
🇺🇸 ☮️ 🇷🇺 ABŞ və Rusiya rəsmiləri Səudiyyə Ərəbistanında görüşərək Ukrayna müharibəsini müzakirə edəcəklər
📞 Bu görüş Trampla Putin arasındakı telefon danışığından sonra tərəflər arasında atılmış ilk belə addımdır.
🇺🇦 Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ölkəsi Səudiyyə Ərəbistanındakı görüşün nəticələrini tanımayacaq. O bildirib ki, Ukraynanın iştirakı olmadan ölkənin taleyi haqda qərar verilə bilməz.
🇹🇷 Zelenskinin sabah Türkiyəyə gedəcəyi və Erdoğanla görüşəcəyi gözlənilir. O, dünən Birləşmiş Ərəb Əmirliklərinə səfər edərək, humanitar və iqtisadi əməkdaşlıq potensialını müzakirə edib.
🇪🇺 Ukrayna müharibəsinin həll yoluna dair səsləndirilən variantlardan biri də Avropa ölkələrinin Ukraynaya sülhməramlı qoşunu göndərməsidir.
🇬🇧 Britaniya baş naziri Keir Starmer bu gün açıqlama verərək, ölkəsinin Ukraynaya sülhməramlı göndərməyə hazır olduğunu bildirib. Hollandiya və Slovakiya baş nazirləri isə ölkələrinin Ukraynaya əsgər göndərməyəcəklərini deyiblər.