Hökumət mediası yazır ki, Gəncədə ölən Elgün İbrahimov “qətlə yetirilməyib, intihar edib”.
Onun yaxınları isə başqa açıqlamalar vermişdilər.
Elgün İbrahimovun dayısı bildirib ki, o, vəhşicə döyülərək, tanınmaz hala salınıb:
“Başı yox idi uşağın. Tikə-tikə idi, tanınmaz halda. Gözü yerdə idi. Ciyəri partlayıb, ağciyəri, qaraciyəri. Qabırğaları qırıq-qırıq idi.
Bu, insan işi deyil. Döyülübsə də, dəmirlə döyüblər. Amansızcasına, vəhşicəsinə. Uşaq universitetə hazırlaşırdı, bizim ümidimiz idi. İmtahanının birini vermişdi. Davakar deyildi, bir az zəif uşaq idi. Oxumağa meyilli, çox savadlı idi”.
