Şəki, tender

Şəki Şəhər İcra Hakimiyyəti Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının və bəndlərin təmiri üçün daha 868 min 751 manat 87 qəpik ayırıb. Tenderin qalibi “Elşən” MMC seçilib.

Ötən il də eyni çayın sahil divarlarının bərpası üçün tender keçirilib. Dəyəri 709 min 880 manat 9 qəpik olan həmin tenderdə də “Elşən” MMC qalib gəlib.

İki tenderin ümumi məbləği 1 milyon 578 min 631 manat 96 qəpikdir. 2025-ci ildə görülən sahilbərkitmə işlərinin ömrü bir il belə çəkməyib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı 2011-ci ildən bu vəzifədə olan Elxan Usubovdur.

Leave A Reply