Milli Məclisin bu gün, dekabrın 29-da keçirilən plenar iclasında “2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Sənəddə gələn il gəlirlər 25 mlrd. 427 mln. manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 mlrd. 303 mln. manat çoxdur.

Büdcə xərcləri isə 28 mlrd. 543 mln. manat proqnozlaşdırılır. Bu da 2020-ci ilə nisbətən 1 mlrd. 50.8 mln. manat artıqdır.

Dövlət büdcəsində neftin bir bareli 40 dollardan hesablanıb. Builki sənəddə həmin məsələ 35 dollardan hesablanmışdı.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda da, yəni, yekun olaraq qəbul edilib.
Mənbə: Azadlıq Radiosu

Ən çox…

  • Oxunan

Leave A Reply