2040-cı ildə Qaraçuxur və Xırdalana metro çəkiləcək!

Bakının baş planında Qaraçuxur və Xırdalana metro xəttinin çəkilməsi nəzərdə tutulub. Ümumilikdə, növbəti 16 ilə 19 metro stansiyası tikiləcək.

2011-ci ildə hökumət açıqlamışdı ki, 2030-cu ilədək Bakıda 70 metro stansiyası olacaq. İndi isə deyilir ki, 2040-cı ilədək Bakıdakı metro stansiyalarının sayı 46-ya çatdırılacaq.

Belə görünür ki, 24 metro stansiyası ixtisara düşüb.

Leave A Reply