ABŞ-da Azərbaycanla bağlı rüşvət qalmaqalı böyüməkdədir.

Konqresmen Henri Kuellar və onun həyat yoldaşına qarşı ABŞ Konqresində Azərbaycanın maraqlarının lobbiçiliyini etməyə görə rüşvət ittihamı irəli sürüb.

Bu cinayət işində tanınmış azərbaycanlı diaspora təmsilçisi İradə Axundovanın da adı keçir.

ABŞ mətbuatı yazır ki, İradə Axundova Azərbaycan hökumətinin və dövlət neft şirkətinin agenti kimi qanunsuz fəaliyyət göstərməkdə təqsirli bilinir.

Məlumata görə, o, konqresmen Kuelların həyat yoldaşına 60 min dollar ödənilməsinə kömək etdiyini etiraf edib.

İradə Axundova xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporasının inkişafı sahəsindəki xidmətlərinə görə 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Leave A Reply