Bəs bu qədər plastik cərrah hardan çıxıb?
Ötən ay Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın olması ilə bağlı xəbərlər yayılıb.
Faktla bağlı fərqli şəxslər və qurumlar tərəfindən araşdırmalar aparılır.
Məlum olub ki, 2017-cü ildən rezidentura səviyyəsində tədris olunan ixtisasların təsnifatına plastik cərrahiyyə də əlavə edilib. Həmin ildən bu yana Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə cəmi 3 nəfər məzun olub.
Hazırda isə bu ixtisas üzrə 7 nəfər təhsilini davam etdirir.
Xaricdə tibb təhsili alan həkimlərin neçəsinin plastik cərrahiyyə üzrə ixtisaslaşdığı isə məlum deyil.