Naxçıvanda 7 süpürgəçi həbs edilib
Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 7 nəfər işçisi ağır iş rejimi və əmək haqlarının kəsilməsindən şikayət etmək üçün Xan Vasif Talıbovun qəbuluna gediblər. Şikayətə gedənlər həbs ediliblər.
Bu haqda hüquqmüdafiəçisi Rüfət Səfərovun dedikləri: ” Şikayətçilər 15 sutka inzibati qaydada həbs olunublar. Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin kadrlar şöbəsi bu faktı təsdiqləyib”