Netflix Türkiyə üzrə Orijinal Məzmun direktoru Pelin Diştaş şirkətin Türkiyədə istehsal etdiyi filmlərdən danışıb:
“Hekayələrimizin təsiri və gücü ilə daha böyük uğurlar qazanacağımıza inanıram. Potensialımız imkan verir ki, İspaniya, Fransa və Cənubi Koreyadan sonra Türkiyədən bir hekayəni yüz milyonlarla izləsin. Gəlin bir-birimizə ilham verməyə davam edək, cəsarətlə və inadla!”
Foto: Pelin Diştaş 
ABŞ, İspaniya, Braziliya və Səudiyyə Ərəbistanı daxil olmaqla 7 ölkədə keçirilən ictimai rəy sorğusunun nəticələrini paylaşan Pelin Diştaş bildirib ki, müxtəlif ölkələrdə Netflix istehsalı filmləri izləyən insanların Türkiyəyə səfər etmək istəyi 2,6 dəfə, türkcə öyrənmək istəyi isə 4,6 dəfə artıb.
Netflix növbəti il Türkiyə istehsalı filmləri 30-dan çox dilə tərcümə edərək 190 ölkədə nümayişə çıxarmağa hazırlaşır.

Leave A Reply