Avropa Şurasının prezidenti Şarl Mişel Qarabağdakı hərbi əməliyyatlar zaman Rusiya sülhməramlılarının heç bir müdaxilə etməməsini pisləyib:
“Hər kəs aydın gördü ki, Rusiya erməni xalqına xəyanət edib”, deyə o bildirib.
Şarl Mişelin sözlərinə görə, Rusiyanın Qarabağda sülh və təhlükəsizliyə zəmanəti üçün əsgərləri olub, amma hərbi əməliyyatlar zamanı Rusiya sülhməramlıları zərrə qədər reaksiya göstərməyib.
O, Azərbaycan hakimiyyəti haqda da danışıb:
“Mən Azərbaycanın qəbul etdiyi qərardan son dərəcə məyus oldum və bunu prezident Əliyevə çox qətiyyətlə bildirdim. Biz Ermənistana verdiyimiz dəstəyə sadiqik. Yerevan Dağlıq Qarabağda öz doğma yurdlarını tərk etmiş çoxlu sayda qaçqını qəbul edib”.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Öncəki yazıQarabağdakı sülhməramlılar mükafatlandırılıb
Növbəti yazı İlham Əliyev İspaniyadakı danışıqlardan imtina edib