Hollandiya Parlamenti böyük səs çoxluğu ilə iki təklifi qəbul edib: 

Ermənistana hərbi dəstək haqqında.
Dağlıq Qarabağda etnik təmizləmə haqqında.

Parlamentin hərbi dəstək təklifində qeyd edilib ki, Dağlıq Qarabağa hücumdan sonra Azərbaycan Ermənistana hücum planlarını açıqlayıb. Parlamentin müraciətində bildirilib ki, Hollandiya hökuməti Avropa İttifaqına digər üzv dövlətləri Ermənistanın mümkün hərbi dəstək istəyinə müsbət cavab verməyə təşviq etsinlər.

2-ci bəndlə bağlı Parlament hökumətə müraciət edib ki, BMT-nin “etnik təmizləmə” haqda tərifini nəzərə alaraq, 9 aydan artıq blokada və hərbi hücumdan sonra ermənilərin Dağlıq Qarabağdan deportasiyasının “etnik təmizləmə” tərifinə uyğun olub-olmadığını araşdırılsın.

Leave A Reply